Ankaranın Keçiörən bələdiyyəsinin təşkilatçılığı ilə ənənəvi Beynəlxalq Ramazan festivalı çərçivəsində TÜRKSOY gecəsi keçirilib. Mərasimdə Azərbaycanın "Səma" uşaq rəqs qrupunun çıxışı xüsusilə yaddaqalan olub.
SalamNews xəbər verir ki, bu il 4-cü dəfə gerçəkləşən festival incəsənət tədbirləri və musiqi proqramları ilə müşayiət olunur. Tədbirdə çıxış edən Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak "Səma" rəqs qrupunun konsertinin Ramazan festivalına töhfə olduğunu vurğulayaraq, azərbaycanlı uşaqlara Ramazan hədiyyələri təqdim edib.