İstanbulda İranın mübahisəli nüvə proqramı ilə əlaqədar Qərb ölkələri "altılığı" ilə Tehran arasında görüş keçirilib.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, görüş media nümayəndələri üçün qapalı olub.
İranın İRNA rəsmi xəbər agentliyinin verdiyi məlumata əsasən, danışıqlara qatılan nümayəndə heyətlərinə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eştonun müavini Helqa Şmidt və İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri başçılıq edib.
Bildirilir ki, görüşdə tərəflər arasında konsensus və danışıqların davam etməsi yolları müzakirə edilib. Əli Baqirinin bu gün Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcəyi gözlənilir.
Türkiyə Xarici işlər nazirliyindən isə danışıqların yeri və vaxtı ilə əlaqədar hər hansı bir məlumat verilməyib.