Türkiyə bu gündən etibarən Suriya ilə sərhəddə yerləşən əksər nəzarət-buraxılış məntəqələrini bağlayır.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin gömrük və ticarət naziri Hayati Yazıcı bəyan edib. “Laleli Hilton” otelində jurnalistlərlə görüşən nazir, əksəriyyəti müxalif qüvvələrin nəzarətində olan gömrük məntəqələrinin təhlükəsizliyin təminatı məqsədi ilə müvəqqəti bağlanılacağını bildirib.
“Cilvegözü, Öncüpınar, Karkamış məntəqələri bağlanacaq. Burdan vətəndaşlarımızın Suriyaya girşi müvəqqəti olaraq dayandırılacaq. Yalnız Akçakale və Yayladağ məntəqələri fəaliyyətlərini davam etdirəcəklər", - Hayati Yazıcı deyib.