“Güman edirik ki, İranda saxlanan azərbaycanlı şairlərlə bağlı məsələ iki dövlət arasında mehriban qonşuluq siyasəti əsasında həll olunacaq”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov verib. O bildirib ki, İranda saxlanan azərbaycanlı şairlərlə bağlı Xairici İşlər Nazirliyinin bir neçə notası olub: “Təəssüflər olsun ki, bizim diplomatlarımız həmin şairlərlə hələ də görüşməyə nail olmayıblar. Azərbaycan bütün dövlətlərlə mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində həmişə maraqlı olub. Biz hər zaman bütün dövlətlərlə əməkdaşlığın sülh və əmin-amanlıq şəraitində qurulmasının və inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış etmişik”.