Türkiyədə ballistik raketlərin hazırlanması proqramı üzrə fəaliyyətlərə başlanıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Rəcəb Tayyip Ərdoğanın 2500 kilometr mənzilli raketin yaradılmasına dair tapşırığından sonra, ötən həftə keçirilən Müdafiə Sənayesi İcra Komitəsinin iclasında müvafiq qərar qəbul edilib.
Proqram çərçivəsində TÜBİTAK tərəfindən hazırlanmış və hazırda 300 km atış uzaqlığına malik SOM adlı raketin hədəf vurma məsafəsinin başlanğıcda 1500, daha sonrakı mərhələdə 2500 kilometrə çatdırılması planlaşdırılır.