Minlərlə nümayişçi Amerika və Danimarkaya qarşı yalnız cihad yolunun qaldığını bildiriblər
Pakistanın şimal-qərbində yerləşən Qeta şəhərində ötən ay Danimarka qəzetlərində Məhəmməd peyğəmbərin karikaturalarının yenidən dərc olunmasına qarşı etiraz aksiyası keçirilib. Minlərlə nümayişçi Amerika və Danimarkaya qarşı yalnız cihad yolunun qaldığını bildiriblər.
Yerli siyasətçilərdən biri bildirib ki, onlar Pakistan hökumətindən Danimarkadakı səfirin geri çağırılmasını və Danimarkanın bu ölkədəki səfirinin ölkədən qovulmasını tələb edirlər.
Qeyd edək ki, fevralda Danimarka qəzetlərində Məhəmməd peyğəmbərin karikaturalarının təkrar dərc olunması bir çox müsəlman ölkələrində etiraz aksiyalarına səbəb olub.
Xatırladaq ki, 2006-cı ildə oxşar vəziyyət yaranmışdı və həmin vaxt bəzi ölkələrdə iğtişaşlar baş vermişdi. Danimarka qəzetiləri öz növbələrində karikaturaların dərc olunmasını söz azadlığı kimi dəyərləndirirlər.