Səudiyyə Ərəbistanı kralı Abdullah, İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv ölkə rəhbərlərinin növbədənkənar iclasının keçirilməsinə təşəbbüs göstərir.
SalamNews-un "MehrNews"a istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı xarici siyasət idarəsinin rəhbəri Saud Əl-Feysəl bildirib. Onun sözlərinə görə, bu iclasın keçirilmə məqsədi regionun islam ölkələrinin mövcud böhran şərtləri daxilində birləşməsi üsullarının müzakirəsidir.
Xatırladaq ki, bu təşəbbüs Səudiyyə Ərəbistanı daxilində mövcud gərginlik şəraiti fonunda həyata keçirilir.