Bu gün səkkizinci çağırış İran parlamentinə seçkilər keçirilir. İran hökuməti artıq bu gün iki nəfərin namizədliyini ləğv edib. Deputatlığa namizədliyi ləğv olunan şəxslər azərbaycanlı ruhani Cəfər Fətəlizadə və islahatçı Məhəmməd Rza Puribrahimidir.
İran Ali Dini Şurası öz qərarını Fətəlizadə və Puribrahiminin münasib namizədlər olmaması ilə izah edib. Qeyd edək ki, Mərənd və Culfa seçki dairələri üzrə deputatlığa namizəd olan Cəfər Fətəlizadə milli dözümsüzlük ideyalarının yayılmasında və seçki kampaniyasının gedişində polislə toqquşmalara yol verməkdə ittiham edilir.