İsrail hökuməti Fələstin parlamentinin spikeri Əbdel-Əziz əl Düeykini azad edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Fələstin mediası bildirib ki, Əbdel-Əziz əl Düeyki heç bir şərt qoyulmadan azad edilib. İsrail rəsmiləri bu məlumatı təsdiqləyiblər, lakin şərh verməkdən imtina ediblər.
HƏMAS təşkilatının liderlərindən olan Əbdel-Əziz əd Düeyki bu ilin yanvar ayında İsrail polisi tərəfindən Yerusəlim yaxınlığındakı blok-posta saxlanılıb.