Suriya müxalifətinin döyüşçüləri İraqla sərhəddə bütün nəzarət-keçid məntəqələrini ələ keçiriblər.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Suriya müxalifəti Türkiyə sərhəddində yerləşən daha iki nəzarət-keçid məntəqəsinə - Bab el-Xalaviyə və Carablüsə nəzarət edir. Suriya “müsəlman-qardaşları” təşkilatının nümayəndəsi bildirib ki, müxalifət qüvələri ölkənin 75%-nə nəzarət edir. Dəməşqin ayrı-ayrı rayonlarına hökumət qüvvələrinə qarşı vuruşmaq üçün şəhərə 100 nəfər döyüşçüdən ibarət 50 dəstə göndərilib.