Myanmada 20 mindən çox müsəlman kütləvi soyqırıma məruz qalıb.
İslam Əməkdaşlığı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu Myanmanın prezident Teyn Seynə və ölkə müxalifətinin lideri Su Çjiyə məktublar göndərib.
Məktublarda o, Cənub-Şərqi Asiyanın bu ölkəsində müsəlmanlara edilən yeni hücumları tənqid edib.
İhsanoğlu həmçinin “Dünya ictimaiyyətini Myanmada baş verənlərə qarşı laqeyd qalmamağa səsləyib”.
Müsəlmanların tərk etmək məcburiyyətində qaldıqları rayonlarda fövqəladə vəziyyət elan olunub.
48 milyon əhalisi olan Myanmada (keçmiş Birma) müxtəlif məlumatlara əsasən 800 mindən 1,5 milyona qədər müsəlman yaşayır.
Xatırladaq ki, 2012 ci ildə Myanmada 20 mindən çox müsəlman kütləvi soyqırıma məruz qalıb. (xeber44.com)