POPULYARXƏBƏRLƏR

İslamda sağlamlığın əhəmmiyyəti və yoluxucu xəstəliklərdən qorunma

Hörmətli müsəlmanlar!

İnsana və insan həyatının qorunmasına böyük önəm verən İslam dini insanın mənəvi olduğu kimi, fiziki cəhətdən də sağlam həyat sürməsinə xüsusi diqqət ayırır. İki dünya səadətini hədəf alan dinimiz axirət həyatı üçün çalışan insanın bu dünyasına da fikir verməsini, xəstələndikdə müxtəlif tibbi vasitələrdən istifadə etməsini tövsiyə edir. Bu aspektdən baxdıqda müsəlman alimlərin içərisindən dünyaca məşhur təbiblərin yetişməsi təsadüfi deyildir.

Çünki insanları həyatda mücadilə aparmağa, təslim olmamağa çağıran İslam dini, xəstələndikdə də müalicə olunmağa təşviq edir. Hz Peyğəmbər bu barədə belə buyurmuşdur: "Ey Allahın qulları, müalicə olunun. Çünki Allah qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib" (Əbu Davud, 4/3, 7). Başqa bir hədisdə isə belə buyurulur: "Allah şəfası olmayan heç bir xəstəlik yaratmamışdır" (Əhməd ibn Hənbəl: 4278, İbn Macə, 3436, Əbu Davud 3855, Tirmizi 2039).

Lakin unutmamalıyıq ki, sağlam həyatı əsas alan dinimiz xəstə insanları müalicə olunmağa təşviq etməklə bərabər, xəstələnməmişdən əvvəl müxtəlif xəstəliklərə qarşı ön tədbirlərin alınmasını daha məqsədəuyğun hesab edir. Bu xəstəliklərin içərisində xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmaq, bunların yayılmasının qarşısını almaq üçün tədbirlər görmək hər bir insanın borcudur. Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir. Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 195-ci ayəsində belə buyurulur: "Öz əlinizlə özünüzü təhlükəyə atmayın". Aydındır ki, bir yerdə yoluxucu xəstəlik olduğunu bilə-bilə oraya getmək, elə insanın özü-özünü təhlükəyə atması deməkdir. Deməli, belə bir xəstəlik ehtimalı olan yerlərdən uzaq durmaq lazımdır. Yoluxucu bir xəstəlik olan vəba haqqında Hz. Peyğəmbər belə buyurmuşdur: "Vəbanın ortaya çıxdığını eşitdiyiniz bir yerə getməyin. Əgər olduğunuz yerdə vəba görülərsə, siz də oradan çölə çıxmayın". Yoluxucu xəstəliklər barəsində başqa bir hədisində isə Hz. Peyğəmbər belə buyurur: "Cüzam xəstəliyi olan adamdan aslandan qaçan kimi qaçın".

Əziz möminlər!

Yuxarıdakı hədislərdən də anlaşıldığı kimi, xüsusilə yoluxucu xəstəliklərin geniş yayıldığı şəraitdə yaşayan insanlar bu mövzuda ayıq olmalı, heç bir vəchlə öz həyatını təhlükəyə atmamalıdır. Çünki, həm gündəlik həyatımızdan, həm də tarixdən gördüyümüz kimi, QİÇS, taun, vəba, qripin müxtəlif formaları kimi yoluxucu xəstəliklər məhz insanların etinasızlığı ucbatından sürətlə yayılmış və bəşəriyyətin bəlasına çevrilmişdir.

Bu anlamda xüsusilə son zamanlar daha çox yayılmağa başlamış "Quş qripi" epidemiyasının da adını çəkmək lazımdır. Bu gün bu xəstəliyə qarşı güclü mübarizə aparılsa da, xəstəlik dayanmadan irəliləyir və daha çox ərazilərdə yayılmağa başlayır. Əsasən quşlar arasında yayılaraq insana keçən və çox ağır fəsadlar törədən bu xəstəliyə qarşı hər bir insan ayıq olmalı, öz həyatını qoruyaraq həm də Allahın əmrinə itaət etməlidir. Heç bir müsəlmanın özünü təhlükəyə atmağa ixtiyarı yoxdur. Çünki bizi yaradan Allah bu canı bizə əmanət olaraq vermişdir və əmanəti sahibinə qaytarana qədər onu qorumaq hər birimizin borcudur. Elə isə əmanəti qoruyaq və özümüzü təhlükəyə atmayaq.


Aqil Hacıyev ([email protected])



Yerləşdirilib:13 Mart, 2008  23:08, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com