Yüzlərlə tələbə Danimarkanın Tehrandakı səfirliyi qarşısına yığışaraq Məhəmməd peyğəmbərin karikaturalarının çapına etiraz edib. Onlar "Danimarkaya ölüm" və "Allah böyükdür" kimi şüarlar səsləndirərək müsəlman ölkələrini Danimarka mallarını baykot etməyə çağırıblar.
Qeyd edək ki, bu dəfə Danimarka qəzetlərində islam peyğəmbəri Məhəmməd Əleyhissalam islam terrorçusu vəziyyətində təsvir edilib.
Pakistan və Əfqanıstanda da islam peyğəmbərinə və ümumiyyətlə, islama qarşı edilən hücumlara son qoymağa çağıran nümayişlər keçirilib.