İran yaxın zamanlarda Avropa və Fars körfəzi ölkələrinə qaz ixracatı üzrə 2 müqavilə imzalamaq niyyətindədir.
SalamNews-un FarsNews-a istiandən verdiyi xəbəər görə, Avropa ölkələrindən biri ilə imzalanacaq müqavilə 20-25 milyon kubmetr qazın ixracını nəzərdə tutur.
Ancaq İranın neft ixracatı üzrə şirkət yaradılması və onun funksiyaları İran Milli Neft Şirkətinin səlahiyyətlərinə verilməsi ilə əlaqədar müqavilələrin imzalanması gecikir. Hazırda İran Türkiyəyə qaz ixrac edir, həmçinin Azərbaycan və Ermənistan ilə qaz mübadiləsi aparır. İndi İran qazının İcveçrə, İraq, Pakistan və Suriyayaya ixrac olunması ilə bağlı danışıqlar aparılır.