ABŞ-ın “Pyu” araşdırma mərkəzinin 6 müsəlman ölkəsində apardığı sorğuya görə Yaxın Şərqin ən məşhur lideri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğand
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, Livan, Türkiyə, Misir, Tunis, İordaniya və Pakistanda keçirilən sorğulara əsaslanan araşdırmaya görə, Türkiyə Yaxın Şərqdə demokratiyanı ən çox dəstəkləyən ölkədir.
Sorğuda iştirak edən misirlilərin 78 faizi, tunislilərin 74 faizi, iordaniyalıların 70 faizi, livanlıların 49 faizi Türkiyə hökumətinin Yaxın Şərqdə demokratiyaya ən çox fayda verən hökumət olduğunu düşünür.
Pakistan xalqı isə 52 faizlə demokratiyaya ən çox töhfə verən ölkənin Səudiyyə Ərəbistanı olduğu qənaətindədir.
Araşdırmanın nəticələrinə görə, Türkiyınin Baş naziri Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqin ən məşhur lideridir. Ondan sonra ikinci yerdə Səudiyyə Ərəbistanı kralı Abdullah gəlir.