POPULYARXƏBƏRLƏR

Azərbaycan prezidenti İlham Əliyev: “Biz Tacikistanı özümüzə dost və qardaş hesab edirik”

Tacikistan prezidenti Emaməli Rəhmon: “Tacikistan Azərbaycanla səmimi, dolğun və konstruktiv dövlətlərarası münasibətləri yüksək qiymətləndirir”

“Biz Sizin səfərinizə və bütövlükdə dövlətlərimiz arasında yaxşı tarixə və gözəl perspektivə malik olan münasibətlərə çox böyük əhəmiyyət veririk. Bu gün biz Sizinlə siyasi və iqtisadi sahələrdə ikitərəfli münasibətlərin mühüm məsələlərinə dair fikir mübadiləsi apardıq, konkret məsələlərin həlli yollarını qeyd etdik. Sizin səfərinizin müsbət məzmun kəsb etməsi üçün bu gün müvafiq qurumlara konkret tapşırıqlar veriləcək. Ümid edirəm ki, səfər çox uğurlu olacaq”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşündə prezident İlham Əliyev deyib. Dövlət başçısı dəvəti qəbul edib ölkəmizə rəsmi səfərə gəldiyinə görə, Tacikistan prezidenti Emoməli Rəhmona təşəkkür edib: “Xalqlarımız arasında tarixən çox yaxın, qardaşlıq münasibətləri var. Bu münasibətlər dövlətlərimizin qarşılıqlı maraqları ilə möhkəmlənir. Biz beynəlxalq məsələlərdə, beynəlxalq qurumlarda da fəal əməkdaşlıq edirik. Bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Əlbəttə ki, Sizin ölkəni özümüzə dost və qardaş hesab edirik. Bütün istiqamətlər üzrə fəal əməkdaşlığın davam etdiriləcəyinə ümidvarıq. Buna görə də Sizin səfəriniz bizim münasibətlər üçün xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, bu səfər əlaqələrimizin inkişafına yeni təkan verəcək və gələcəkdə ölkələrimizin və xalqlarımızın rifahı naminə iki dost, qardaş dövlət kimi fəal qarşılıqlı əlaqə saxlayacağıq”.

 

Tacikistan prezidenti Emaməli Rəhmon göstərilən səmimi qonaqpərvərliyə görə prezident İlham Əliyevə minnətdarlıq edib: “Biz bu səfərə böyük əhəmiyyət veririk və onu əsası 2007-ci ildə yüksək səviyyədə qarşılıqlı səfərlərlə qoyulmuş daimi əlaqələrimizin məntiqi davamı kimi qəbul edirik. Bu baxımdan biz Sizin Tacikistana səmərəli səfərinizi xüsusi hərarətlə xatırlayırıq. Bu səfər iki ölkənin bütün istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığının inkişafına güclü təkan verib. Tacikistan Azərbaycanla səmimi, dolğun və konstruktiv dövlətlərarası münasibətləri yüksək qiymətləndirir və bu münasibətlərin daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirir.

Bu gün Tacikistan-Azərbaycan əlaqələri çoxşaxəlidir və əməkdaşlığın mühüm istiqamətlərini əhatə edir. BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra başqa beynəlxalq və regional birliklərin üzvləri olan ölkələrimizin obyektiv olaraq üst-üstə düşən maraq dairəsi genişdir. Bu, bizim imkanlarımızın bir-birini qarşılıqlı tamamladığı sahələrdə konkret birgə layihə və proqramların həyata keçirilməsində təcəssüm etməlidir. Bu baxımdan, tərəflərin qarşılıqlı əlaqələrinin digər universal və regional mexanizmləri, habelə ümumi qayğı mövzusu olan qlobal problemlər barəsində mövqelərin qarşılıqlı dəstəklənməsi iki ölkənin səylərinin əlaqələndirilməsi üçün əlverişli məkandır”.



Yerləşdirilib:12 İyul, 2012  20:11, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com