İranın Suriya böhranının həllində iştirakı mütləqdir.
SalamNews-un IRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüş zamanı dünən Tehrana səfər edən Beynəlxalq Millətlər Təşkilatı (BMT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan bildirib. Onun sözlərinə görə, İran regiondakı vacib ölkədir və Suriya böhranının həllində əvəzsiz yardım edə bilər.
Öz növbəsində, BMT dövlət katibinin bir sıra qərb və regional ölkənin xarici işlər nazirləri ilə apardığı iclası vurğulayan İran XİN rəhbəri Əli Əkbər Salehi bildirib ki, bütün tərəflər Suriya böhranının həlli yolunda ən əlverişli yolu seçmək üçün səy göstərməlidirlər.
“İran Suriya xalqının öz müqəddəratını müəyyən etmək hüququnu və ölkə prezidenti Bəşər Əsəd tərəfindən aparılan islahatları bütünlüklə dəstəkləyir”,- Ə.Ə.Salehi bildirib.