Səudiyyə Ərəbistanı iqlimşünaslarının proqnazlarına əsasən, yaxın 2 ayda ölkənin bir sıra regionlarında temperaturun günəş altında 70˚C, kölgədə isə 50˚C-yədək artması mümkündür.
SalamNews-un Asriran-a istinadən verdiyi xəbərə görə, bu barədə İranın Həcc və Zəvvarlıq üzrə Təşkilatı məlumat verib.
“Bu temperatur həmçinin Məkkə və Mədinədə müşahidə olunacaq. Bu müddət ərzində zəvvarlar ehtiyac yaranmadıqda açıq havada olmamalı, təhlükəsizlik tədbirləri görməli və səhhətlərində cüzi problem müşahidə olunduqda tibbi mərkəzlərə müraciət etməlidir”, - təşkilatın zəvvarlara müraciətində bildirilir.