İsrailin Neseret şəhəri sakinləri xristian məktəbində Almaniya, İspaniya və Argentina bayrağı ilə yanaşı, İran bayrağının da dalğalanmasını müşahidə etmək imkanı əldə ediblər.
SalamNews-un Asriran-a istinadən verdiyi xəbərə görə, məktəbin rəhbərliyi anbarda heç vaxt İran bayrağının olmadığını arqument gətirərək, bu hadisədə iştirakını tamamilə inkar edib.
Hələ də İsrailin bir nömrəli düşməninin bayrağının xristian məktəbinin qarşısında kim tərəfindən və hansı məqsədlə asıldığı məlum deyil. Faktla bağlı polis araşdırma aparır.