Suriya prezidenti Bəşər Əsəd ABŞ-ı “terrorçular”a dəstək verərək ölkədə sabitliyi pozmaqda ittiham edib.
APA-nın xəbərinə görə, Almaniyanın ARD telekanalına müsahibə verən B. Əsəd deyib ki, ABŞ Suriyadakı münaqişənin tərəfidir və “terrorçu dəstələr”ə siyasi dəstək verərək onları himayəsinə almaqla dinc sakinlərin ölümündə günahkardır.
Suriya dövlət başçısı Türkiyəni də üsyançılara dəstək verməkdə suçlayıb. Bununla yanaşı, o, ABŞ-la danışıqlardan imtina etmədiyini söyləyib və Suriyadakı problemin həllinə kömək etmək istəyən heç bir ölkəyə qapıları qapatmadığını vurğulayıb.