İraqın qərbində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 10 nəfər həlak olub, 40-dan artıq insan isə yaralanıb. Bu barədə APA Xinhua agentliyinə istinadən xəbər verir.
Məlumata görə, partlayış əsasən sünnilərin yaşadığı Ər-Ramadi şəhərində toy mərasimində baş verib.
Son bir ay ərzində İraqda terror aktları nəticəsində ən azı 237 nəfər həlak olub, 600-dən artıq insan isə yaralanıb.