ABŞ dövlət katibi Hillari Klinton şənbə günü gözlənilmədən Əfqanıstana səfər edib. Səfər çərçivəsində Klintonun prezident Həmid Kərzayla görüşəcəyi bildirilir.
Qeyd edək ki, iyulun 8-də Tokioda Əfqanıstana dair beynəlxalq konfrans keçiriləcək. Konfransda Əfqanıstana iqtisadi yardım məsələsi müzakirə olunacaq. Konfransın ildə bu ölkə 4 milyard dollar həcmində yardım göstərilməsi barədə qərar verməsi gözlənilir.