Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyulun 7-də İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, diplomatik fəaliyyətini başa vuran səfirə təşəkkürünü bildirən müdafiə naziri ona gələcək işlərində uğurlar arzulayıb.