Rusiya və Çin Əsəd rejimini dəstəklədiklərinə görə cavab verməlidir. Bunu Fransanın paytaxtı Parisdə keçirilən “Suriya xalqının dostları” iclasında ABŞ dövlət katibi Hillari Klinton bəyan edib.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Klinton, Cenevrədə qəbul edilən qərarların həyata keçirilməsi üçün BMT Təhlükəsizlik Şurasının əməli tədbirlər görməsini istəyib.
Dövlət katibi Suriya rəhbərliyini dəstəkləyən Rusiya və Çini kəskin şəkildə tənqid edib.
Bu iki dövlətin Suriya rəhbərliyinə verdiyi dəstəyi dayandırmasını istəyən Klinton, Suriyadakı böhranın daha da dərinləşməsinə görə hər iki ölkənin məsuliyyət daşıdığını vurğulayıb.