POPULYARXƏBƏRLƏR

Suriyada baş verənlərlə bağlı BMT TŞ-nın məsuliyyət daşıması təmin edilməlidir - Fransa prezidenti

Bu gün Parisdə “Suriyanın dostları” qrupunun növbəti görüşü keçirilib.

SalamNews-un məlumatına görə, 100-dən çox ölkə nümayəndəsinin qatıldığı toplantıda Türkiyəni xarici işlər naziri Əhməd Davudoğlu da iştirak edir.

 

Açılış mərasimində Fransa Prezidenti Fransua Holland deyib ki, Bəşər Əsəd rejimi suriyalı müxalifətçilərin müqəddəratını əllərinə alıb və onların bir çoxu ölkəsini tərk edib. Amma əminəm ki, onlar ən yaxın zamanda Suriyaya dönəcəklər. İndi BMT Təhlükəsizlik Şurasının Suriyada baş verənlərlə bağlı məsuliyyət daşıması təmin edilməlidir.

 

Fransa prezidenti Suriyadakı vəziyyətin hər ötən gün daha da pisləşdiyini deyib və BMT Təhlükəsizlik Şurasını bu ölkədəki böhranın həlli üçün daha təsirli rol oynamağa çağırıb. O, Fransa tərəfinin Suriyada keçid hökumətinə dəstək verdiyini ifadə edərək, bu məsələ ilə BMT Təhlükəsizlik Şurasında da bilavasitə məşğul olacağını vurğulayıb.

 

Görüş zamanı Suriyada Əsəd rejiminə qarşı təyziq və sanksiyaların tədbiqi məsələsi müzakirə edilib. Beynəlxalq təşkilatların nümayəndələrinin də qatıldığı yığıncaqda iyunun 30-da Cenevrədə keçirilən Suriya konfransında qərara alınan keçid hökumətinin qurulması təklifi və bu çərçivədə Kofi Annanın 6 maddəlik planının tətbiq olunması məsələləri gündəmə gətirilib.

 

Toplantıda Qərb ölkələri Rusiyadan Bəşər Əsəd rejiminə verdiyi dəstəyə son qoyulması tələb olunub.

 

ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib ki, Suriyada Bəşər Əsəd hakimiyyətdən təcili getməlidir və günahsız insan qanının tökülməsinə bais olmamalıdır.

 

Amma Rusiya xarici işlər naziri Sergey Lavrov görüşdən əvvəl Bəşər Əsədə qarşı sanksiyaların qəbul edilməsinin problemdən çıxış yolu olmadığını söyləyib.

 

Topalantıda çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə deyib ki, Suriyada Bəşər Əsəd rejimi getməli və ölkədə demokratiya bərqərar olmalıdır.

 

Rəsmi Dəməşqin güclü dəstəkçisi olan Rusiya və Çin Tunisdə və İstanbulda olduğu kimi, Paris toplantısına da qatılmayıb və bununla yığıncağı boykot etməyə çalışıb.

 

Çinin Xarici İşlər Nazirliyi görüşdən bir gün öncə bildirib ki, dünya ölkələrinin Cenevrə planlarının icrasına diqqət yönəltməsi daha məqsədəuyğun olar. Rusiya tərəfi isə Bəşər Əsədin gələcək taleyini Suriya xalqının özünün danışıqlarla həll etməli olduğunu bəyan edib.

 

Suriya müxalifətinin fərqli qrupları keçid hökumətində Bəşər Əsədin mövcud idarəçilikdə çalışan nümayəndələrinin iştirak etməsinə sərt reaksiya göstəriblər.

 

Dünya ictimaiyyətinin ölkədəki hadisələrə passiv münasibətini tənqid edən Suriya azadlıq ordusu və Suriya İnqilab Komitəsinin nümayəndələri görüşdə iştirakdan imtina ediblər.

 

Xatırladaq ki, “Suriyanın dostları” qrupu ilk dəfə bu ilin fevralında Tunisdə, daha sonra isə aprel ayında İstanbulda toplaşıblar.



Yerləşdirilib:6 İyul, 2012  19:36, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com