Dəməşqin mərkəzindəki Marca meydanındakı məhkəmə zalının yaxınlığında baş vermiş partlayışlar nəticəsində 3 nəfər yaralanıb.
Bundan əlavə, hərbi-hava kəşfiyyatının idarəsinin yerləşdiyi Dəməşqin ətrafındakı Cermana qəsəbəsində intensiv atışma baş verib. Atışma rayonu qoşunlar tərəfindən mühasirəyə alınıb.