Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi BMT Təhlükəsizlik Şurası Suriyaya dair güc tətbiqini nəzərdə tutan qətnamə qəbul etməzsə, bu ölkədə zorakılığa son qoyulmayacağını bəyan edib.
«Suriyada zorakılıq BMT TŞ-nın Suriyaya qarşı BMT nizamnaməsinin yeddinci maddəsini tətbiq etməyə imkan verən qətnamə qəbul edilənədək bitməyəcək», deyə baş katib bildirib.
Eyni zamanda əl-Ərəbi Suriyada baş verənləri vətəndaş müharibəsi saymadığını vurğulayıb.