POPULYARXƏBƏRLƏR

“Tolişi Sədo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədov İrana casusluqda ittiham olunur

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

“Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində “Tolişi Sədo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədovun peşə fəaliyyəti ilə əlaqədar qanunsuz həbs edilməsi barədə ictimai rəyi çaşdırmaq məqsədi güdən, reallıqdan uzaq olan, təxribat xarakterli məlumatlar yayılmaqdadır. Bununla əlaqədar bildiririk ki, Hilal Məmmədovun barəsində cinayət təqibinin başlanması və həbs qətimkan tədbirinin seçilməsi konkret ictimai-təhlükəli əməl törətməsi ilə əlaqədardır”. APA-nın xəbərinə görə, bu barədə respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə yaydıqları məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, Hilal Məmmədov xarici dövlətlərdən birinin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilərək Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı əleyhinə fəaliyyət göstərməsi, milli, irqi, dini nifrət və düşmənçiliyin salınması, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə vətəndaş müraciəti və Daxili İşlər Nazirliyinə daxil olmuş əməliyyat məlumatı əsasında Cinayət-Prosessual Məcəlləsinin və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun müddəalarına riayət edilməklə 2012-ci il iyunun 21-də saxlanılıb.

İstintaqla müəyyən edilib ki, uzun illər ərzində jurnalist peşəsinin və mədəniyyət mərkəzinin rəhbəri vəzifəsinin imkanlarından yararlanan H.Məmmədov 1992-ci ildən etibarən İranın xüsusi xidmət orqanının əməkdaşı Əbdoli Əli Həmzəli oğlu tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı zərərinə fəaliyyət göstərib, bunun müqabilində mütəmadi şəkildə birbaşa maddi vəsait alıb.

Verilmiş tapşırıqlar əsasında Hilal Məmmədov respublikamıza qarşı düşmənçilik fəaliyyəti aparmaqda istifadə olunması üçün zəruri məlumatları toplayıb İranın kəşfiyyat qurumuna ötürüb, eləcə də belə məlumatlara malik şəxsləri müəyyənləşdirib həmin təşkilatın nümayəndələri ilə əlaqələndirərək casusluğu ilə dövlətə xəyanət edib.

Cinayətkar fəaliyyətini davam etdirən H. Məmmədov dövlətin konstitusiya quruluşunun təhlükəsizliyini sarsıtmaq məqsədilə yuxarıda adı çəkilən Əbdoli Əli Həmzəli oğlu və digərləri ilə cinayət əlaqəsinə girərək, qulluq mövqeyindən istifadə etməklə müxtəlif vaxtlarda İranda keçirilən konfranslardakı çıxışlarında, “Səhər-2” televiziya kanalındakı müsahibələrində, “Tolişi Sədo” qəzetində dərc olunmuş məqalələrində və tərcümə etdirərək yaydığı kitablarda respublikamızın ərazisində yaşayan azsaylı xalqların həyatına, mədəniyyətinə, ənənələrinə, tarixinə inam və hörməti sarsıdan fikirlər bildirmiş, aşkar surətdə milli ayrı-seçkiliyin və düşmənçiliyin salınmasına yönələn hərəkətlər edib.

Hilal Məmmədov saxlanılarkən hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı üzərində və yaşadığı mənzildə ümumi çəkisi 33,183 qram olan narkotik vasitə - heroin, həmçinin qanunsuz fəaliyyətində istifadə etdiyi kompüter və digər informasiya daşıyıcıları aşkar edilib götürülüb.

Yuxarıda göstərilənlərə əsasən Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ji (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı Hilal Məmmədovun qanunvericilikdə təsbit olunan hüquqi yardım almaq, müdafiəçiyə malik olmaq, ifadə verməkdən, istintaq hərəkətində iştirakdan imtina etmək hüquqları tam təmin olunmuş, bütün prosessual hərəkətlər müdafiəçisinin iştirakı ilə həyata keçirilib.

Cinayət işinin mürəkkəb və çox epizodlu olması baxımından istintaqın tamlığının, hərtərəfliliyinin və obyektivliyinin təmin edilməsi məqsədilə Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmaqla təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.




Yerləşdirilib:4 İyul, 2012  21:23, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com