Türkiyə Suriya ilə sərhəd bölgələrinə təxminən 30 hərbi avtomobil göndərib.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, qısa mənzilli "Hatay" və "Şanlıurfa" raket sistemləri də sərhəd boyu yerləşdirilib. İskəndərundan Suriya sərhədinə hərbi texnika və raket sistemləri gətirilib.
Hərbi avtomobillər təhlükəsizlik tədbirləri görülərək Yayladağı bölgəsinə yerləşdirilib.