Suriya PKK-nın Türkiyə sərhəddinə “bayraq” sancmasına icazə verib.
SalamNews-un “Cihan”a istinadla verdiyi xəbərə görə, Aralıq dənizinin beynəlxalq ərazi sularında uçan türk kəşfiyyat təyyarəsini vuran Suriya təxribat xarakterli yeni addım ataraq, Türkiyə ilə cənub sərhəddə terror təşkilatı PKK-nın qondarma bayrağını sancmasına göz yumub.
PKK Şanlıurfanın Suruç rayonundakı Mürşitpınar kəndi qarşısında yerləşən Suriyanın Ayn-əl Ərəb qəsəbəsinə bayrağını sancıb. Suriyanın Ayn-əl Ərəb qəsəbəsində ən hündür təpəyə sancılan 15 metr yüksəkliyindəki PKK bayrağı Türkiyə sərhədlərindən rahatlıqla görünür. Bölgədə olan ən hündür təpə üzərində dalğalanan PKK bayrağından 200 metr məsafədə Suriya dövlətinin rəsmi bayrağının dalğalanması da diqqəti cəlb edir.
Mürşitpınar sərhəddində xidmət göstərən hərbi nümayəndə Kandil dağındakı terrorçuların yarıdan çoxunun Türkiyə sərhəddindən cənubdakı Suriya ərazisində yerləşərək fəaliyyətlərinə davam etdiyini bildirib.