Suriyanın, axtarış-xilasetmə əməliyyatları çərçivəsində bölgəyə göndərilən başqa bir türk təyyarəsinə atəş açıldığı iddia edilir. Bu barədə Qərbin diplomatik mənbələri Türkiyə XİN-ə istinadla məlumat yayıblar.
SalamNews-un “Akşam”a istinadla verdiyi xəbərə görə, Suriya təhlükəsizlik qüvvələri, Türkiyənin vurulan “RF-4E” tipli kəşfiyyat təyyarəsi və itkin düşmüş 2 pilotu tapmaq üçün bölgəyə göndərdiyi axtarış-xilasetmə təyyarəsinə da atəş açıb. Bundan sonra təyyarə Suriya hava məkanından dərhal uzaqlaşmaq məcburiyyətində qalıb.
“Hürriyet”in xəbərinə görə, bu hadisə, cümə günü yaşanan hadisələr haqqında məlumatlandırılmaq üçün Türkiyə XİN-ə çağırılan ƏDL, Avropa Birliyi və NATO-ya üzv ölkələrin səfir və hərbi ataşelərinin diqqətinə çatdırlıb. Ancaq bu xəbər nazirlik tərəfindən təsdiq edilməyib.