Pakistan parlamentinin aşağı palatası olan Milli Assambleya iqtidardakı Pakistan xalqının partiyasının namizədi Racə Pərviz Əşrəfi baş nazir seçib.
Əşrəf 211 səs alıb. Onun rəqibi Pakistan Müsəlman liqasının namizədi Mehtab Abbasiyə 89 səs verilib.
Racə Pərviz Əşrəf bu günədək ölkənin su ehtiyatları və energetika naziri vəzifəsini tuturdu.
Xatırladaq ki, bir neçə gün əvvəl Pakistan Ali məhkəməsi keçmiş baş nazir Yusif Rza Gilanini məhkəməyə hörmət etmədiyinə görə istefaya göndərib.