Hərbi istintaq Əfqanıstandakı bazada Quranı yandıran NATO-nun 7 əsgərinə qarşı intizam tədbirlərinin görülməsini tövsiyə edib.a
SalamNews-un BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə ilə bağlı hesabat Pentaqona təqdim olunub. Hazırda sənəd nəzərdən keçirilir.
Xatırladaq ki, 2012-ci il fevralın 20-də, Pərvan vilayətinin Bəhram qəzasında yerləşən hərbi bazada Quranın bir neçə nüsxəsi yandırılıb. Bunun qarşısını almağa çalışan əfqan fəhlələr əsgərlər tərəfindən uzaqlaşdırılıblar. Meydana gəlmiş toqquşma nəticəsində 2 əfqan qətlə yetirilib.
ABŞ Prezidenti Barak Obama və NATO rəhbərliyi hərbçilərə görə üzr istəsələr də, ölkənin İslam Şurası üzrxahlığın kifayət etmədiyini və günahkarların cəzalandırılmalı olduğunu bəyan ediblər.
Quranın yandırılmasına görə ölkədə baş qaldırmış iğtişaşlar nəticəsində 6 ABŞ hərbçisi və 30 əfqan qətlə yetirilib.