Türkiyədə həyat yoldaşı hicablı olan zabitlər də artıq yüksək rütbə qazana biləcəklər. SalamNews-un “Milliyət” qəzetinə istinadla verdiyi xəbərə görə, iqtidardakı AKP millət vəkillərinin təklif etdiyi qanun layihəsi ilə Hərbi Akademiyalarındakı daxili qaydalar dəyişdiriləcək.
Qaydalardakı "Həyat yoldaşının mövqeyi və davranışı” bəndini ləğv edən düzəlişdən sonra, həyat yoldaşları hicablı olan zabitlər artıq hərbi akademiyalara maneəsiz daxil və təhsil ala biləcəklər.
Beləliklə, həyat yoldaşı hicablı olan və ya məscidə getdiyi müəyyən edilən zabitlərin hərbi xidmətdə daha yüksək rütbələrə yiyələnmək istiqamətindəki ən böyük maneə aradan qaldırılacaq.