Açılışda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib
Bu gün Bakıda prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə "Müqəddəs Məryəm" katolik kilsəsinin açılış mərasimi keçirilib. Azərbaycan katolik kilsəsinin rəhbəri Yan Çapla ölkədə mövcud olan dini tolerantlığa görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev isə kilsənin açılışını çox əlamətdar və unudulmaz gün adlandırıb. Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı deyib ki, Azərbaycanda heç vaxt dini zəmində münaqişə, hətta narazılıq da olmayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə isə bildirib ki, "ən ümdə arzumuz Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağa qayıtmaqdır".