Misirin islamçı “Müsəlman qardaşları” hərəkatı ölkədə keçirilən prezident seçkilərini ikinci turunda qələbə qazandığını açıqlayıb
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, “Müsəlman qardaşları”nın namizədi Məhəmməd Mursinin qərargahı 52,5% səslə qalib gəldiklərini elan edib. Keçmiş baş nazir Əhməd Şəfiq isə 47,5% səs alıb.
Hələlik seçkinin nəticələrinə dair rəsmi açıqlama verilməyib.