İyulun 1-dən Azərbaycanda “Halal” standartının tətbiqinə başlanacaq.
“APA-ECONOMICS”in xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, artıq bu standart tətbiq olunması üçün tam hazırdır: “Ölkədə bütün müəssisə və təşkilatlar gələn aydan bu standarta uyğun fəaliyyət göstərəcək”.