“İranla “altılıq” ölkələrinin görüşü konstruktiv şəkildə keçir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Maykl Mann Moskvada keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, görüşün atmosferi normal və işgüzardır: “Moskva görüşünün birinci sessiyası Moskva vaxtı ilə 13:00-da bitəcək”.
M. Mann bildirib ki, Avropa Birliyi öz təkliflər paketini Bağdadda keçirilən görüşdə təqdim edib: “İran bu təklifə çox ciddi yanaşır”.