Vatikanın dövlət katibi, kardinal Tarcizio Bertone bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşdə Katolik kilsəsi ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi, həmçinin azərbaycanlı gənclərin İtaliyada təhsil alması üçün şəraitin yaradılması məsələri də müzakirə olunub.
Görüşdə Azərbaycan futbolunun inkişaf etdirilməsi üçün gənclərin İtaliyada məşqlərinin keçirilməsi məsələsi də diqqət mərkəzində olub.
Kardinal Tarcizio Bertone qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin bir arada yaşaması dünya üçün nümünədir. Vatikan rəsmisi Dağlıq Qarabağ münaqişəsinə də toxunub və bildirib ki, o, münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.