ABŞ rəsmiləri ilk dəfə olaraq rəsmi surətdə Amerika əsgərlərinin Yəmən və Somalidə «Əl-Qaidə» terrorçularının məhv edilməsi əməliyyatını keçirdiyini etiraf ediblər. Bu barədə Ağ Evin Konqresə göndərdiyi hesabatda deyilir.
Yayılmış sənəddə göstərilir ki, ABŞ Yəmən və Somalidə ekstremistlərə qarşı «birbaşa hərəkətlər» həyata keçirir. Hərəkətlərin mahiyyəti barədə izaha verilməsə də, ekspertlərin fikrincə, hərbçilərin dilində bu məhvetmə əməliyyatı deməkdir.