Əfqanıstan üzrə regional konfransda iştirak etmək üçün Kabilə gələn İranın xarici işlər naziri Əli Əkbər Salehi, burada Böyük Britaniyanın XİN rəhbəri Uiдyam Heyqlə görüşüb.a
SalamNews-un IRNA-ya istinadən verdiyi xəbərə görə, görüş zamanı İran ilə “altılıq” arasında iyunun 18-19-da Moskvada keçiriləcək nüvə danışıqları müzakirə olunub. Müzakirə zamanı Suriyadakı vəziyyətə də toxunulub. Tərəflər Suriya probleminin BMT və ƏDL-in xüsusi nümayəndəsi Kofi Annanın təklifi əsasında sülh yolu ilə həllinə dəstək nümayiş etdiriblər.