İyunun 14-nə keçən gecə Düşənbədə Tacikistan prezidenti Emomali Rahmonun bacısının həyat yoldaşı qətlə yetirilib.
APA-nın AP (Aziya Plyus) agentliyinə istinadən verdiyi məlumata görə, Tacikistan hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin “Meşə təsərrüfatı və ov” müəssisəsinin direktoru olan 1955-ci il təvəllüdlü Xolmumin Safarov odlu silahdan açıla atəşlə öldürülüb. Başından güllə yaraları alan X. Safarov hadisə yerində keçinib.
Cinayəti araşdırmaq üçün xüsusi operativ-istintaq qrupu yaradılıb.