"Təl-Əvivdə bir fincan qəhvə içmək imkanı tapmamış İranın cavab raket zərbəsi endiriləcək".
SalamNews-un ''FarsNews''a istinadən verdiyi xəbərə görə, bu barədə Dan dairəsinin (Təl-Əviv və ətraf ərazilər) arxa xidmətinin komandanı polkovnik Adam Zusman bildirib.
O deyib ki, indi İsrailin rəsmi şəxsləri İran tərəfdən raket zərbəsi endiriləcəyi təqdirdə Təl-Əvivin evakuasiyasına hazırlaşırlar. Polkovnikin sözlərinə görə, İsrailin hər bir vətəndaşı potensial təhlükədədir və bu baş verəcəyi təqdirdə vətəndaşlar evakuasiya olunacaqlar.
İran mətbuatının yazdığına görə, polkovnik, İran tərəfindən zərbə endiriləcəyi təqdirdə işğal olunmuş Fələstin ərazisinin (İsrail) hansı bölgəsinin təhlükə altında olmadığını bildirməyib.