Suraxanı rayonunda limanda İrana məxsus “Niloufar Abi” gəmisinin yük hissəsində “Baku Steel Company” MMC üçün gətirilmiş, təqribən 500 ton metal oksidli şlak (su ilə reaksiyaya girdiyi zaman qızışaraq öz-özünə alışan maddə) 60 kv.m sahədə yanıb.
SalamNews Fövqəlada Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğının söndürülməsində xüsusi odsöndürücü kimyəvi maye olan azotdan istifadə edilir. Hazırda söndürülmə işləri davam edir. Yanğın bölmələri hadisə yerində növbə çəkir, gəminin soyudulması üçün lülələr verilir.