Liviyanın Misurata şəhərində Beynəlxalq Qırmızı Xaç təşkilatının nümayəndəliyinə edilən hücum nəticəsində təsadüfən orda olan bir nəfər yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təşkilatın binasına ziyan dəyib.
Təşkilatın nümayəndəsi Sumaya Beltafinin sözlərinə görə, binaya raket dəydiyi yaxud yaxınlıqda bomba partladıldığı hələ məlum deyil.
Qeyd edək ki, son vaxtlar Liviyada beynəlxalq təşkilatlar və səfirliklər hücuma məruz qalıb.