İyunun 28-də Kabildə nazirlər səviyyəsində keçiriləcək iclasda region ölkələrinin Əfqanıstanda stabillik və təhlükəsizliyin bərpasında iştirak mexanizmi məsələlərinin müzakirəsi olunacaq.
APA-nın “Tehran Times”a istinadən yaydığı məlumata görə, iclasda Azərbaycan, Rusiya, Çin, Hindistan, Əfqanıstan, Pakistan, Qırğızıstan, Qazaxıstan, İraq, BƏƏ, Səudiyyə Ərəbistanı və Tacikistanın xarici işlər nazirləri iştirak edəcəklər. İclasa həmçinin Almaniya, Fransa, Norveç və Böyük Britaniyanın, o cümlədən 14 beynəlxalq təşkilatın nümayəndələri də qatılacaq.