İyunun 13-də səhər İraqda baş verən partlayışlar nəticəsində azı 42 nəfər ölüb.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, paytaxt Bağdaddan 100 km cənubda yerləşən Hillə şəhərində içərisinə bomba yerləşdirilmiş 2 avtomobil partladılıb. Nəticədə azı 13 nəfər ölüb. Bir neçə dəqiqə sonra Bağdadda 5 yerdə partlayış törədilib və onlarla adam ölüb. Terror aktlarının hədəfi İmam Musanın anım mərasimində iştirak etmək üçün Bağdada yollanan şiələr olub.