BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annan Suriyanın «vətəndaş müharibəsinə doğru sürükləndiyini» bəyan edib.
«Total müharibənin həqiqətdə baş vermə ehtimalı gündən-günə artır», deyə Annan Qətərin paytaxtı Dohada Ərəb Dövlətləri Liqasının Suriyaya dair müşavirəsində bəyan edib.
Ərəb dövlətlərinin XİN başçıları Dohaya Suriyadakı son hadisələri, o cümlədən Əl-Houla kəndində 100-dən artıq dinc sakinin öldürülməsini müzakirə etmək üçün toplaşıblar