Pakistanın Karaçi şəhərində ölkə prezidenti Asif Əli Zərdari İranın XİN başçısı Əli Əkbər Salehini qəbul edib.
SalamNews FarsNews-a istinadən verdiyi xəbərə görə, görüş zamanı ikitərəfli münasibətlər və iki ölkənin qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. Pakistan prezidentinə İran prezidenti Mahmud Əhmədinejatın Birləşməmə Hərəkatının 16-cı sammitində iştirakla bağlı dəvəti çatdırılıb. Sammit Tehranda 26-31 avqustda keçiriləcək.
Asif Əli Zərdari dəvətə görə minnətdarlığını bildirərək bəyan edib ki, mütləq sammitdə iştirak edəcək. Onun sözlərinə görə, Pakistan və İran iki qonşu və dost ölkədir. Zərdari bildirib ki, “yaxın bir zamanda qarşılıqlı əmtəə dövriyyəsinin 10 milyard dollara qədər artırılmasına ehtiyac var”.