BMT-nin İnsan Hüquqları Şurası Suriyanın 108 nəfər dinc sakinin qətlə yetirildiyi Xoul şəhərindəki qırğının beynəlxalq araşdırmasını keçirdirilməsi barədə qərar qəbul edib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, araşdırmanın məqsədi qırğının təşkilatçılarının aşkarlanması və məsuliyyətə cəlb olunmasıdır.
Cenevrədə keçirilən BMT-nin İnsan Hüquqları Şurası Suriyanın iclasında 47 ölkə bununla bağlı qətnamənin lehinə səs verib. Rusiya, Çin və Kuba qətnamənin “balanslaşdırmamış” hesab edərək əleyhinə səs veriblər. Ekvador və Uqanda bitərəf qalıb.